ADPU-nun Şəki filialında kitab yarmarkası Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Kitab karvanı Şəkidə” adlı kitab yarmarkası təşkil olunub.

 

Yarmarkanın keçirilməsində əsas məqsəd filialda təhsil alan gənclərin asudə vaxtının səmərəli təşkilinə töhvə vermək, onlarda mütaliə vərdişlərini inkişaf etdirmək, kitaba və mütaliəyə marağı artırmaq, eləcə də dünya və Azərbaycan ədəbiyyatınıoxuculara təqdim etmək olub.

Yerli media, o cümlədən shekiadpu.az saytı xəbər verir ki, layihə rəhbəri Rafil Əşrəflinin iştirakı və filialın Karyera mərkəzinin dəstəyi ilə təşkil olunan yarmarka müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, səhər saatlarından fəaliyyətə başlayan yarmarkada 1700-ə yaxın kitab nümayiş etdirilib. Kitabsevərlərin marağına səbəb olan tədbir gün boyu davam edib.


“Ədəbiyyat və incəsənət”

(06.11.2026)

 

\

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.