İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon MKS-nin Padar kənd kitabxana filialında böyük Azərbaycan şairi Xaqani Şirvaninin anadan olmasının 900 illik yubileyi münasibətilə “Xaqani Şirvani – 900 " adlı informasiya günü keçirilib.
Tədbirdə iştirakçılara Xaqani Şirvaninin həyatı və zəngin ədəbi irsi haqqında ətraflı məlumat verilib. Həmçinin Azərbaycan Respublikası Prezidentinin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam barədə danışılıb.
Bildirilib ki, Xaqani Şirvani Azərbaycan ədəbiyyatının ən görkəmli lirik şairlərindən biri olub. Onun qəzəl, qəsidə və rübailəri Azərbaycan poeziyasının inkişafında mühüm rol oynayıb, klassik ədəbi ənənələrin formalaşmasına böyük töhfə verib. Şairin zəngin bədii irsi, dərin fəlsəfi düşüncələri və özünəməxsus poetik üslubu bu gün də yüksək dəyərini qoruyub saxlayır.
Sonda vurğulanıb ki, Azərbaycan xalqının zəngin mədəni və ədəbi irsini qorumaq, klassik söz ustalarının yaradıcılığını öyrənmək və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Xaqani Şirvani kimi dahilərin irsinin təbliği milli-mənəvi dəyərlərimizin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından böyük əhəmiyyət daşıyır.
“Ədəbiyyat və incəsənət”
(13.07.2026)


