İmişli rayon Mədəniyyət Mərkəzi və İmişli şəhər Uşaq İncəsənət məktəbinin birgə tədbiri
Rəqsanə Babayeva,
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 108-ci ildönümü münasibətilə “Azərbaycan əsgəri, qürur mənbəyimizdir” adlı tədbir keçirilib.
Tədbir Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli rayon Mədəniyyət Mərkəzi və İmişli şəhər Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə Beyləqan rayonu ərazisində yerləşən "N" hərbi hissəsində keçirilib.
Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov çıxış edərək hərbi qulluqçuları, əsgər və zabit heyətini 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan, qazandığı tarixi zəfərlərdən və qəhrəmanlıq ənənələrindən bəhs edib.
Daha sonra incəsənət məktəbinin müəllim və şagirdlərinin təqdimatında vətənpərvərlik ruhunda mahnılar və musiqi nömrələri səsləndirilib. Konsert proqramı hərbi qulluqçular tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirin sonunda əsgərlərə xoş arzular çatdırılıb, onların Vətən qarşısındakışərəfli xidmətlərində uğurlar arzulanıb və şəxsi heyətlə xatirə şəkli çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(27.06.2026)


