III Kəlağayı Festivalı Sumqayıtda Featured

"Şəhərsalma və Memarlıq ili" çərcivəsində həyata keçirilən "III Kəlağayı Festivalı"nın davamı bu dəfə Sumqayıt şəhərində keçiriləcək.

 

1 iyun 2026-cı il tarixində saat 15:00-da Heydər Əliyev adına istirahət parkında təşkil olunacaq Festival milli-mədəni irsimizin təbliği baxımından əlamətdar tədbirlərdən biri olacaq.

“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisi İB-dən verilən məlumata görə, festival Sumqayıt Şəhər İcra Hakimiyyəti, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi, Kəlağayı Ev Muzeyi və İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin təşəbbusü ilə artıq ənənə halını alan festival Azərbaycan xalqının zəngin mədəni irsinin ayrılmaz hissəsi olan kəlağayı sənətinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.

Festivalda Kəlagayı Ev Muzeyinin qədimi və müasir kəlagayıları sərgilənəcək.

 Eyni zamanda Güllü Eldar Tomarlının dekorativ-tətbiqi sənət əsərləri və rəssam Gülnarə Məmmədovanın rəsm işləri sərgilənəcək.

Tədbirdə milli musiqi və folklor nümunələrindən ibarət konsert təqdim olunacaq. Qonaqlara Azərbaycanın zəngin folklor ənənələri və milli musiqi mədəniyyəti nümayiş etdiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.