“Sözlə yazılan tarix” adlı kitab sərgisi

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Beyləqan Rayon İcra Hakikiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Heydər Əliyev parkında “Sözlə yazılan tarix” adlı kitab sərgisi keçirilib.

 

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, idarə, müəssisə və təşkilatların rəhbər və əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgi iştirakçıları ilk öncə “Sözlə yazılan tarix” adlı kitab sərgisində təqdim olunan kitablara, Ulu Öndər Heydər Əliyevin Beyləqan rayonuna səfərlərini, mədəniyyət xadimləri ilə görüşlərini və mədəniyyət müəssisələrinin açılışını özündə əks etdirən fotoşəkillərdən ibarət rəsm sərgisinə baxış keçiriblər.

Sərgi ilə tanışlıq zamanı Əziz Əzizov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, kitabxana işinin inkişafı və gənc nəslin maarifləndirilməsi istiqamətində həyata keçirilər mühüm xidmətlərdən ətraflı bəhs edib. Bildirilib ki, Heydər Əliyevin zəngin dövlətçilik irsi bu gün də Azərbaycan xalqının milli inkişaf yolunda mühüm ideoloji əsaslardan biri olaraq qalır.

Tədbirdə məktəblilər tərəfindən Ulu Öndərə və kitaba aid şeirlər təqdim olunduqdan sonra, iştirakçılar sərgidə nümayiş etdirilən kitablara baxış keçirərək müxtəlif guşələrdə təqdim olunan nəşrlərlə yaxından tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(09.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.