İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon MKS-nin Sincan kənd kitabxana filialı kənddəki tam orta məktəbin kitabxanası ilə birgə Oğuz rayon Mərkəzi Kitabxanasının başlatdığı "Oğuzun tanınmış simaları" layihəsi üzrə Oğuzun Sincan kənd məktəbinin yetirməsi, şairə, iki kitab müəllifi Arzu Tahirqızı ilə görüş təşkil edib.
Görüşdə kənd və məktəb kitabxanalarının əməkdaşları, məktəbin şagird, müəllim kollektivi və şairənin ədəbiyyat müəllimi, təqaüdçü Səadət Səfərəliyeva iştirak edib.
Şairənin həyat və yaradıcılığı ilə bağlı kənd kitabxanasının müdiri çıxış edib. Məktəbin direktoru, təşkilatçısı, kitabxanaçı, psixoloqu və ədəbiyyat müəllimi çıxış edərək şairə xanıma yaradıcılıq uğurları diləyiblər.
Sonra şagirdlərin ifasında şairənin şəhidlərimizə və vətənə aid şeirləri səsləndirilib.
Sonda şairə tədbiri təşkil edənlərə və şagirdlərə təşəkkürünü bildirib, kitabxanalara ğz kitablarını hədiyyə edib.
Keçirilən bu cür tədbirlər ədəbi mühitin inkişafı, cəmiyyətin mənəvi zənginləşməsi baxımından böyük əhəmiyyət daşıyır.
“Ədəbiyyat və incəsənət”
(06.05.2026)


