Oğuzda Ə.Naxçıvaninin 900 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon MKS-də Azərbaycan Memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin 900 illik yubileyi münasibətilə "Orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət vermiş - Əcəmi Naxçıvani" adlı informasiya günü keçirilib.

 

Öncə Azərbaycan memarı Əcəmi Naxçıvaninin xatirəsi yad edilib.

Tədbirin təşkilatçıları Memar Əcəmi Naxçıvaninin - 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə iştirakçıları tanış ediblər.

Daha sonra Memar Əcəmi Naxçıvaninin həyat və yaradıcılığı haqqında məlumat verilib.

Qeyd edilib ki, Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət vermiş və dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirmiş böyük sənətkarlardan olub. Onun fəaliyyəti Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət, elm, ticarət və sənət mərkəzindən biri Naxçıvan şəhəri ilə bağlı olub.

Tarix öz qoynunda Əcəminin həyatı haqda onun ölməz əsərlərindən başqa heç nə saxlamayıb. Görünür, dahi memar bunu qabaqcadan gördüyündən öz şah əsərinin - Möminə Xatun türbəsi üzərində belə yazmışdı: "Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik - bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə".

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.