Rəqsanə Babayeva,
"Ədəbiyyat və İncəsənət" portalının Beyləqan-İmişli təmsilçisi,
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mədəniyyət Mərkəzinin, Beyləqan Peşə məktəbinin və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Sağlam gənclik-Sağlam gələcək” adlı maarifləndirici tədbir keçirilib.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin, Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında ehtiramla yad edilməsi ilə başlayan tədbirdə ilk öncə narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx təqdim olunub.
Tədbirdə Peşə məktəbinin direktoru Nazim Məmmədov, Gənclər və İdman Sektorunun müdir müavini Elnur Səfərov, Beyləqan rayonu üzrə nümayəndəsi Məhəmməd Qələndərov və digər çıxış edənlər narkomaniyanın insan sağlamlığına, həyat keyfiyyətinə, cəmiyyətin sosial-iqtisadi və ictimai-siyasi inkişafına ciddi mənfi təsirlər göstərdiyini diqqətə çatdırıb.
Bildirib ki, bu təhlükəli problemin doğurduğu fəsadlara qarşı mübarizə bu gün daha da aktuallaşıb və bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
“Ədəbiyyat və incəsənət”
(10.04.2026)


