Oğuzda "Novruz – Azərbaycan xalqının milli bayramıdır" adlı tədbir keçirilib

 

İmran Verdiyev,

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi. Azərbaycan Respublikasının Əməkdar müəllimi.

 

 

Oğuz rayon MKS-nin 6 nömrəli Bayan kənd kitabxana filialında Novruz bayramı münasibətilə “Novruz – Azərbaycan xalqının milli bayramıdır” başlıqlı ədəbi-bədii gecə keçirilib. 

 

Tədbirdə müxtəlif yaş qrupundan olan kitabxananın fəal oxucuları iştirak ediblər.

Kitabxanaçı tədbirin məqsədi haqqında məlumat verib və “Novruz – Azərbaycan xalqının milli bayramıdır” mövzusu ilə bağlı çıxış edib.

Çıxışda qeyd olunub ki, Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərini özündə əks etdirən böyük mədəniyyət hadisəsidir. Müasir dövrdə Novruz milli bayram kimi qeyd olunur. Tarixi inkişaf baxımından bu bayramın qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu vurğulanıb. Bildirilib ki, keçmişdə olduğu kimi, bu gün də Novruz Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə baharın gəlişinin rəmzi kimi qeyd olunur.

Tədbirə qonaq qismində dəvət olunan Salamova Xəyalə müəllimə də çıxış edərək Novruz bayramının tarixindən, onun zəngin adət-ənənələrindən danışıb.

Daha sonra söz oxuculara verilib. Onlar Novruz mövzusunda məruzələrlə çıxış edib, bayrama həsr olunmuş şeirlər səsləndiriblər.

Tədbirin sonunda Novruz tonqalı ətrafında yallı gedilib, mahnılar oxunub və müxtəlif oyunlar oynanılıb.

Sonda qeyd olunub ki, belə tədbirlərin keçirilməsi gənc nəslə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin aşılanması, onların Novruz bayramının tarixi və mahiyyəti haqqında daha geniş məlumat əldə etməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu cür tədbirlər həm də oxucuların kitaba və mütaliəyə marağının artırılmasına xidmət edir.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2026)

 

                                                             

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.