Beyləqanda “Talassemiyasız həyat naminə” qanvermə aksiyası keçirilib

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”

 

17 fevral 2026-cı il tarixində Beyləqan Rayon İcra Hakimiyyəti, “Respublika Qan Bankı” publik hüquqi şəxsi və “Beyləqan RMX”sı publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Gənclər Evində könüllü qanvermə aksiyası keçirilib.

 

Aksiyada Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının rəhbəri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri və kollektivi, ictimaiyyət nümayəndələri və gənclər iştirak edib.

Aksiya çərçivəsində bütün donorların ilkin sağlamlıq müayinəsi aparılmış, onların qan verməyə uyğunluğu müvafiq qaydada yoxlanılmışdır. Tibbi personal tərəfindən qanvermə prosesi təhlükəsiz və sanitariya-normalara uyğun şəkildə təşkil edilmişdir.

Qeyd edək kic Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqram ölkəmizdə minlərlə insanın sağlam gələcəyinə ümid verir və donorluğun təşviqi, xəstəliklərin qarşısının alınması sahəsində əhəmiyyətli rol oynayır.

Beyləqan Rayon İcra Hakimiyyəti aksiyada iştirak edən bütün vətəndaşlara təşəkkür edir və gələcəkdə belə önəmli təşəbbüslərdə davamlı iştirak etməyə çağırış edir.

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.