"Azərbaycan memarlığının atası Memar Əcəmi Naxçıvani - 900" adlı “Dəyirmi masa”

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Oğuz rayon Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq ili" çərçivəsində Oğuz Peşə məktəbinin müəllim və təhsil alanlarının iştirakı ilə "Azərbaycan memarlığının atası Memar Əcəmi Naxçıvani - 900" adlı “Dəyirmi masa” təşkil edilib.

 

“Dəyirmi masa”da Azərbaycan Respublikası Prezidentinin “2026-cı ilin "Şəhərsalma və Memarlıq ili" elan edilməsi haqqında” və "Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında" müvafiq sərəncamları barədə ətraflı məlumatlar verilib.

Çıxış edənlər çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələri, Şərqin böyük memarı Memar Əcəmi Naxçıvani haqqında maraqlı fikir mübadiləsi aparmışlar.

Çıxışlarda qeyd edilib ki, memarlıq xalqın keçdiyi tarixi yolu, formalaşmış dünyagörüşünü və estetik düşüncəni nəsildən-nəslə ötürən mənəvi irsdir. Bu irsi öyrənmək və təbliğ etmək isə hər bir vətəndaşın mənəvi borcu olmalıdır.

Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(18.02.2026)

 

 

                                                                                          

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.