İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Cosmo_Art_Agency-nin meneceri, filoloq, yazar, təlimçi və təşkilatçı Pəri Mehmanın moderatorluğu ilə Sumqayıt Gənclər Evində filosof Müşfiq Ötgünlə gənclərin görüşü baş tutub.
“Gənc olmaq, axtarış, çaşqınlıq və seçimlər” mövzusuna həsr olunan görüş Gənclər və İdman Nazirliyi, Sumqayıt Gənclər Evi və Cosmo_Art_Agency-nin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbir zamanı filosof Müşfiq Ötgün gənclik dövrünün fəlsəfi aspektləri, insanın daxili axtarışları və həyat seçimləri ilə bağlı fikirlərini bölüşüb. Səmimi mühitdə keçən görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Söhbətlər gənclərin düşüncə dünyasına ilham verib, onların seçim və axtarış yolunda yeni perspektivlər açıb.
“Ədəbiyyat və incəsənət”
(09.02.2026)


