İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
"Çoxəsirlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyətinin qoruyub yaşadılması mütərəqqi təşəbbüsdür " adlı “Dəyirmi masa” təşkil edilib
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Şübhəsiz ki, bu tarixi qərar xalqımızın rifahına, şəhər mühitinin daha da gözəlləşməsinə, memarlıq mədəniyyətimizin və milli kimliyimizin qorunmasına xidmət edəcək.
2026-cı ilin "Şəhərsalma və Memarlıq İli " elan edilməsi münasibətilə Oğuz rayon Muxas kənd Diyarşünaslıq evində "Çoxəsirlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyətinin qoruyub yaşadılması mütərəqqi təşəbbüsdür " adlı “Dəyirmi masa” təşkil edilib.
“Dəyirmi masa”da Oğuz Rayon İcra Hakimiyyətinin Muxas kənd İnzibatı Ərazi Vahidinin əməkdaşı, ziyalılar və digər kənd sakinləri iştirak edib. Tədbirdə Muxas kənd Diyarşünaslıq evinin bədii-rəhbəri Ş.Əhmədov Prezidentin sərəncamı və onun mahiyyəti haqqında geniş məlumat verib.
“Dəyirmi masa”da çıxış edənlər qeyd ediblər ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan dövlətinin zəngin tarixi-mədəni irsə verdiyi yüksək dəyərin və gələcəyə hesablanmış inkişaf strategiyasının ifadəsidir. Çünki memarlıq xalqın keçdiyi tarixi yolu, formalaşmış dünyagörüşünü və estetik düşüncəsini nəsildən-nəslə ötürən mənəvi irsdir.
Şübhəsiz ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsinə də öz töhfəsini verəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(07.02.2026)


