Lənkəran yazarları 2025-ci ilə yekun vurdular

 

Yanvarın 10-da Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsində "2025-ci ilin ədəbi yekunları və qarşıda duran vəzifələr" adlı tədbir keçirilib. Tədbirdə bölgə yazarları böyük tərkiblə iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” prtalına AYB Lənkəran bölməsindən verilən məlumata görə, öncə tədbir iştirakçıları Bölmədə yenicə istifadəyə verilən kitabxananın işi ilə yerində tanış olublar.

Bölmə sədri, yazıçı dramaturq Qafar Cəfərli məruzəsində 2025-ci il ərzində Bölmədə görülən işlər, keçirilən tədbirlər, ölkə və beynəlxalq arenada bölgə yazarlarının uğurları, işdə olan çatışmazlıqlar,qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Bölmənin ədəbi məsləhətçisi şair Ağamir Cavad çıxışında bölgə yazarlarının çap olunmuş əsərləri barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Çoxsaylı çıxış edənlər 2025-ci ildə Bölmənin fəaliyyətinə yüksək qiymət verərək arzu və istəklərini bildiriblər.

Tədbirdə 2026-cı ildə qarşıda duran vəzifələr də geniş müzakirə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.