Pəri Mehman,
Cosmo Art Agentliyinin meneceri, filoloq, yazıçı. “Ədəbiyyat və incəsənət” üçün
Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 saylı orta məktəbin təşkilatçılığı ilə Akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş “Bir ömrün kimyası” adlı elmi-ədəbi tədbir keçirilib.
Tədbirin quruluşçu rejissoru Cosmo Art Agentliyinin təsisçisi, Sumqayıt Dövlət Dram Teatrının rejissoru Ümüd Abbas Nihani olub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri məktəbin direktoru Leyla Əliyeva açıq elan edib.
Rəsmi hissədə qonaq qismində millət vəkili Mehriban Vəliyeva, 31 saylı məktəbin məzunu, şəhid Rüfət Əhmədovun anası Ruhiyyə xanım, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhər üzrə təhsil sektorunun müdiri İman Ağayev və Sumqayıt Şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov çıxış ediblər.
Rəsmi hissədən sonra tədbir ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Şagirdlər Akademik Yusif Məmmədəliyevin həyat və elmi fəaliyyətinə həsr olunmuş səhnəciklər, şeirlər və bədii kompozisiyalar təqdim ediblər.
Tədbirin sonunda Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən şagirdlərə hədiyyələr təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(24.12.2025)


