İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsnət” portalının Sumqayıt təmsilçisi
Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində gənc rejissor Abdulla Elşadlı Xalq yazıçısı Anarın” Qaravəlli” əsərinə quruluş verib. Sumqayıt Dövlət Dram Teatrında reallaşan premyera uğurlu alınıb.
Müəllifdən gələn ironiya, yumor, meydan tamaşası üslubuna xas detallar rejissor yozumunda uğurlu səhnə həllini tapıb. Truppa üzvləri bir neçə obraz yaratmalarına rəğmən tam fərqli oyun nümayiş etdirirlər. Hər obraz özünün çalarları ilə fərqlənir.
Tamaşanın bədii tərtibatı Nizami Dadaşova, musiqi tərtibatı Elay Xasıyevə, ritmika Ramazan Xanlarova aiddir.
Rejissor assistenti Rəvan Hüseynzadə, rejissor köməkçisi Fazilə Rzayevadır.
Rollarda Əməkdar artist İzaməddin Bağırov, aktyorlar İlham Səfərli, Habil Xanlarov, Kamran Muradlı, Şəmistan Süleymanlı, İlahə Səfərova, Elmir Mehdiyev, Aynur Hümbətova, Ramazan Xanlarov, Əmrah və Etibar Əmirov oynayırlar.
“Ədəbiyyat və incəsənət”
(05.07.2025)