Ordu gününə həsr olunmuş konsert

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə  Oğuz rayon İcra Hakimiyyətinin dəstəyi, Oğuz rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şəhərdəki Zərifə Əliyeva adına İstirahət Parkında "Qalib Xalqın, Müzəffər Ordusu" adlı konsert təşkil olunub.

 

Konsert Vətən uğrunda şəhid olan oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan və Dövlət Himnimiz səsləndirildikdən sonra başlanmışdırib.

Konsertdə Bakı şəhərindən qonaq qismində iştirak edən müğənillərlə yanaşı, Oğuz rayon Xaçmaz kənd Diyarşünaslıq evində fəaliyyət göstərən “Zirvə” musiqi qrupunun musiqiçiləri və Şəki şəhərindəm gələn müğənillər tərəfindən Azərbaycan, Qarabağ mövzusunda vətənə aid, bayram əhval-ruhiyyəsində şən mahnılar, müğənillərin sevilən populyar mahnıları ifa olunub.

 Oğuz rayon Zərifə Əliyeva adına İstirahət Parkında təşkil olunmuş, bayram konserti Oğuz sakinləri tərəfindən alqışlarla qarşılanıb, səsləndirilən musiqilərin, oxunan mahnıların sədası altında tamaşaçılar rəqslər edib, asudə vaxtlarını səmərəli keçirib, bayramı şən əhval -ruhiyyə ilə qeyd ediblər.

Yaşasın qalib xalqın müzəffər Ordusu!

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2025)

 

                                                                  

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.